Bu sxemi “torpaq əvəzinə pul” adlandıran qəzetin məlumatına görə, saziş Kiyevin Donbasdan imtina edəcəyini, lakin hüquqi baxımdan Ukraynanın bu ərazini öz tərkibində saxlamasını nəzərdə tutur.
Bununla belə, nəşrin mənbələri planın Rusiyanın ödəniş etməsi üçün təklif olunan icarə haqqının məbləğini dəqiqləşdirməyiblər.
“Plana görə, xarici diplomatik təyyarələrin Ukraynaya enişi qadağan ediləcək. Lakin Ukraynaya ABŞ və Avropa ilə təhlükəsizlik zəmanətləri üzrə danışıqlar aparmağa icazə veriləcək”, - qəzet yazır.
“Reuters” agentliyinin, “The Telegraf” və “Financial Times (FT)” nəşrləri planın Ukrayna Silahlı qüvvələrinin sayının yarıya endirilməsini və Kiyevin uzaqmənzilli raketlərə malik olmasına qadağa qoyulması tələbini evtiva etdiyini də bildirirlər.
|
| Kiyevin əsas tərəfdarı vəzifədən gedir |
“The Telegraf” Rus Pravoslav Kilsəsinin yerli şöbəsinə yalnız Rusiyanın tərkibinə daxil olmuş ərazilərdə rəsmi statusun veriləcəyini bildirib. Halbuki, daha əvvəl “FT” bunun bütün Ukrayna ərazisinə şamil ediləcəyini yazmışdı.
- Ağ Ev Ukrayna prezidenti Volodimir Zelenskinin qarşısında təklif olunan şərtlərlə razılaşmaq tələbini qoyub. Çünki Vaşinqton “Enerqoatom”dakı korrupsiya qalmaqalı fonunda Kiyevin mövqeyinin zəifliyini hiss edib”, - mənbələr “The Telegraf” nəşrinə deyiblər.
Ukraynada müharibə ilə bağlı sülh planını şərh edən ABŞ-nin Dövlət katibi Marko Rubio, öz növbəsində, Vaşinqtonun hər iki tərəfin mövqelərini nəzərə alaraq təkliflər hazırladığını bildirib.
“Ukraynadakı kimi “mürəkkəb və ölümcül müharibəyə” son qoymaq üçün “ciddi və real ideyalar” mübadiləsi lazımdır. Davamlı sülhə nail olmaq üçün isə hər iki tərəf çətin, lakin zəruri güzəştlərə getməlidir”, - Marko Rubio özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, ABŞ münaqişənin hər iki tərəfinin təklifləri əsasında müharibəyə son qoymaq üçün mümkün ideyaların siyahısını hazırlamaqda davam edir.
Maraqlıdır ki, bu xəbərlər fonunda sözügedən məsələdə Ukraynanın əsas tərəfdarı olan ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqun gələn ilin yanvarında Tramp administrasiyasını tərk edəcəyi barədə məlumat açıqlanıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


